MÜSAHİBƏ

10 İyun

Maksimum 100 min manat məbləğində uzunmüddətli ipoteka krediti verilir

“TuranBank” ASC vətəndaşlara güzəştli ipoteka krediti təklif edir.

Finss.az xəbər verir ki, İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına təqdim olunan bu kredit məhsulu 3 ildən 30 ilədək müddət üçün nəzərdə tutulub. Maksimal kredit məbləği 100 000 AZN, illik faiz dərəcəsi isə cəmi 4% təşkil edir.

Güzəştli ipoteka çərçivəsində borcalan daşınmaz əmlakın bazar dəyərinin azı 20%-ni ilkin ödəniş kimi təqdim etməlidir. Kredit üzrə aylıq ödənişlər annuitet üsulu ilə, yəni bərabər aylıq hissələrlə həyata keçirilir.

Kreditin təminatı kimi fərdi yaşayış evi və ya mənzil ipoteka qoyulur. Borcalanın həyatı və əmək qabiliyyəti, eləcə də girov qoyulmuş daşınmaz əmlak sığorta edilməlidir.

Ərizəçinin yaşayış minimumu 200 AZN müəyyən olunub. Bu kredit üzrə illik effektiv faiz dərəcəsi (F.İ.F.D) isə minimum 4.13%-dən başlayır.

Güzəştli ipoteka kreditləri əsasən dövlətin müəyyən etdiyi sosial kateqoriyaya daxil olan şəxslərə şamil olunur və daha əlverişli şərtlərlə təqdim edilir.

Ətraflı məlumat üçün: //www.turanbank.az/az/pages/22/257

Fuad Mədətov
Finss.az