MÜSAHİBƏ

10 İyun

150 min manata qədər sabit faizli ipoteka krediti təqdim edilir

“TuranBank” ASC daşınmaz əmlak almaq istəyən vətəndaşlara İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən adi ipoteka krediti təklif edir.

Finss.az xəbər verir ki, kredit məhsulu 3 ildən 25 ilədək müddətə təqdim olunur və maksimal məbləğ 150 000 AZN təşkil edir.

İpoteka krediti üzrə illik faiz dərəcəsi 8% müəyyən edilib və aylıq ödənişlər annuitet üsulu ilə, yəni bərabər hissələrlə həyata keçirilir. Əsas şərtlərdən biri isə daşınmaz əmlakın bazar qiymətinin azı 20%-i qədər ilkin ödənişin tələb olunmasıdır.

Kredit fərdi yaşayış evi və ya mənzil girov qoyulmaqla verilir. Bununla yanaşı, borcalanın həyatı və əmək qabiliyyəti sığortalanmalı, eyni zamanda ipoteka predmetinə çevrilmiş daşınmaz əmlak da kreditin məbləğindən az olmayan məbləğdə sığorta olunmalıdır.

Ərizəçi üzrə yaşayış minimumu isə 200 AZN həcmində götürülür. İllik effektiv faiz dərəcəsi (F.İ.F.D.) minimum 8,12%-dən başlayır.

Bu ipoteka krediti sabit ödəniş şərtləri və dövlət təminatlı mexanizmi ilə uzunmüddətli və münasib şərtlərlə ev sahibi olmaq istəyənlər üçün nəzərdə tutulub.

Ətraflı məlumat üçün: //www.turanbank.az/az/pages/22/257

Fuad Mədətov
Finss.az