2025-ci ilin may ayının 1-nə Azərbaycanda kommersiya banklarının xalis xarici aktivlərinin ümumi dəyəri 5,168 milyard manat təşkil edib.
Bu barədə Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Qeyd olunan göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 milyard manat və ya 33,8% artım göstərib.
Bundan əlavə, 2025-ci ilin ilk dörd ayında kommersiya banklarının məcmu xarici aktivləri 8,778 milyard manat təşkil edib. Müqayisə üçün, 2024-cü ilin eyni dövründə bu rəqəm 7,150 milyard manat idi. Beləliklə, illik artım 1,6 milyard manat və ya 22,8% olub.
Məlumatda qeyd olunur ki, cari ilin may ayının 1-nə kommersiya banklarının xarici öhdəliklərində 2,370 milyard manatlıq defisit qeydə alınıb.
Ümumilikdə isə, 2025-ci ilin may ayının 1-nə olan vəziyyətə əsasən, Azərbaycan bank sektorunun xalis xarici aktivləri 28,924 milyard manat səviyyəsində olub. Bu, aylıq müqayisədə 665,8 milyon manat və ya 2,4%, illik müqayisədə isə 2,643 milyard manat və ya 10,1% artım deməkdir.
Eyni dövrdə bankların xalis daxili aktivləri 18,282 milyard manat təşkil edib ki, bu da 2025-ci ilin aprelin 1-i ilə müqayisədə 188,9 milyon manat və ya 1% azalma, 2024-cü ilin may ayı ilə müqayisədə isə 713,1 milyon manat və ya 3,8% azalma deməkdir.
Fuad Mədətov
Finss.az