MÜSAHİBƏ

05 İyun

Azərbaycan və Deloitte arasında əməkdaşlıq imkanları dəyərləndirilib

Finss.az - 30-cu Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Deloitte” şirkətinin Qlobal enerji, resurslar və sənaye sektorları üzrə lideri Stenli Porter ilə görüşüb.

Bu barədə Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib. Onun sözlərinə görə, görüş zamanı qlobal enerji keçidində baş verən trendlər, dayanıqlılıq, karbonsuzlaşma və innovasiyaların tətbiqi məsələləri müzakirə olunub, əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.