MÜSAHİBƏ

06 İyun

Azərbaycanın qiymətli kağızlar bazarında 2025-ci ilin I rübü: əsas göstəricilər

Finss.az - 2025-ci ilin yanvar-mart aylarında ölkədə qiymətli kağızlar bazarında aşağıdakı göstəricilər qeydə alınıb.

Dövlət Statistika Komitəsinin və Azərbaycan Mərkəzi Bankının məlumatlarına əsasən, bu müddət ərzində 7 milyard manat dəyərində dövlət istiqrazları, 1,08 milyard manat Mərkəzi Bankın notları, 313,8 milyon manat korporativ istiqrazlar və 260,3 milyon manat səhmlər dövlət qeydiyyatına alınıb.

Bakı Fond Birjasında isə 603,4 milyon manatlıq korporativ istiqrazlar, 31,3 milyon manat Mərkəzi Bank notları və 6 milyon manat səhmlər hərraclarda yerləşdirilib.

Emissiya üzrə isə, 2025-ci ilin I rübündə səhmlərin həcmi 260,3 milyon manat təşkil edərək 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli artım göstərib (2024-cü ildə 84,1 milyon manat). Korporativ istiqrazların emissiyası isə azalmağa davam edib.

Bu göstəricilər Azərbaycan qiymətli kağızlar bazarında səhmlərə marağın artdığını və bazarın ümumi inkişaf dinamikasını əks etdirir.