MÜSAHİBƏ

04 İyun

80 min manatadək nağd pul krediti təklif edilir

“Premium Bank” ASC istehlak krediti əldə etmək istəyən müştərilər üçün 9.8%-dən başlayan illik faizlə 80 000 manatadək nağd pul krediti təklif edir.

Finss.az xəbər verir ki, kredit müddəti 6 aydan 59 ayadək müəyyən olunur. Müştərilər üçün komissiya 0%-dən başlayır.

Kredit almaq üçün şəxsiyyət vəsiqəsi və rəsmi gəliri təsdiqləyən sənədlər – maaş kartı üzrə çıxarış və ya elektron arayış tələb olunur. Təklif həm əməkhaqqı, həm də təqaüd alan şəxslər üçün keçərlidir. Hazırda digər banklardan kredit götürən şəxslər də bu imkanlardan yararlana bilərlər.

Kreditə müraciət edən şəxsin cari iş yerində minimum 6 ay iş stajı və ən azı 20 yaşı olmalıdır. Bəzi hallarda zamin tələb oluna bilər. Müştərilərə kreditlə birlikdə sığorta xidmətləri də təklif olunur.

Ətraflı məlumat üçün keçid: //www.premiumbank.az/az/for-life/loans/nagdpulkrediti/

Fuad Mədətov
Finss.az