Yapı Kredi Bank Azərbaycan QSC müştərilərinə öz evlərinə sahib olmaq üçün daşınmaz əmlak kreditini təqdim edir.
Finss.az xəbər verir ki, bankın məlumatına görə, kredit məbləği 15 000 AZN-dən başlayır və müddəti 24-dən 120 aya qədər dəyişir.
Faiz dərəcələri müddətdən asılı olaraq aşağıdakı kimidir:
- 3-36 ay — 12%
- 37-60 ay — 13%
- 61-120 ay — 14%.
İlkin ödəniş ümumilikdə 30% təşkil edir, lakin birinci mənzil alışı zamanı ilkin ödəniş 15%-dən başlayaraq təklif edilir.
Zamin tələbi yoxdur, lakin zamin olmadan kredit götürmək üçün aşağıdakı peşə sahibləri bank tərəfindən üstünlük təşkil edir: dövlət işçiləri, müəllimlər, yerli və xarici neft, rabitə, telekommunikasiya, IT sahəsində çalışanlar, bank işçiləri və Yapı Kredi Bank Azərbaycan əmək haqqı alan müştərilər.
Bank kreditin verilməsi zamanı əlavə girov və sənədlər tələb etmək hüququnu saxlayır. Məbləğ, müddət və digər kriteriyalara əsasən bank kredit şərtlərini dəyişdirə bilər.
Qeyd edilir ki, bu məhsul avtomobil, restrukturizasiya, dövlət ipotekası və depozit qarşılıqlı kreditlərə şamil edilmir.
Ətraflı məlumat üçün keçid: //www.yapikredi.com.az/az/dasinmaz-emlak-krediti
Fuad Mədətov
Finss.az