MÜSAHİBƏ

03 İyun

"Xalq Həyat"ın sığorta ödənişləri 31% artıb

2025-ci ilin yanvar-aprel aylarında "Xalq Həyat" Sığorta Şirkəti ASC 3 milyon 283 min manat sığorta haqqı toplayıb.

Bu barədə Finss.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Bildirilib ki, bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 37 min manat və ya 1% az olub. Beləliklə, ötən ilin eyni dövründə şirkət 3 milyon 320 min manat sığorta haqqı toplayıb.

Sığorta ödənişlərinə gəlincə, cari ilin ilk dörd ayında “Xalq Həyat” ASC 2 milyon 733 min manat sığorta ödənişi həyata keçirib. Bu da 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 644 min manat və ya 31% artım deməkdir. Nəticə etibarilə, ötən ilin eyni dövründə şirkət 2 milyon 89 min manat sığorta ödənişi edib.

Fuad Mədətov
Finss.az