2025-ci ilin yanvar-aprel aylarında “Meqa Sığorta” ASC 10 milyon 158 min manat sığorta haqqı toplayıb.
Bu barədə Finss.az saytına Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 milyon 111 min manat və ya 17% azalma deməkdir. Beləliklə, şirkət 2024-cü ilin yanvar-aprel aylarında təxminən 12 milyon 236 min manat sığorta haqqı toplamışdı.
Sığorta ödənişlərinə gəlincə, cari ilin ilk dörd ayında “Meqa Sığorta” ASC 5 milyon 64 min manat ödəniş həyata keçirib. Bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 882 min manat və ya 21% artım deməkdir. Beləliklə, ötən ilin yanvar-aprelində sığorta ödənişləri təxminən 4 milyon 186 min manat təşkil edib.
Fuad Mədətov
Finss.az