MÜSAHİBƏ

03 İyun

“AzSığorta”nın sığorta haqları 8% azalıb

2025-ci ilin yanvar-aprel aylarında “AzSığorta” ASC 3 milyon 400 min manat sığorta haqqı toplayıb.

Bu barədə Finss.az saytına Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 296 min manat və ya 8% azalma deməkdir. Beləliklə, şirkət 2024-cü ilin yanvar-aprel aylarında təxminən 3 milyon 696 min manat sığorta haqqı toplamışdı.

Sığorta ödənişlərinə gəlincə, cari ilin ilk dörd ayında “AzSığorta” ASC 615 min manat ödəniş həyata keçirib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 217 min manat və ya 55% artım deməkdir. Beləliklə, 2024-cü ilin yanvar-aprelində sığorta ödənişləri təxminən 397 min manat təşkil edib.

Fuad Mədətov
Finss.az