MÜSAHİBƏ

03 İyun

"AtaSığorta” ASC-nin sığorta ödənişləri 19% artıb

2025-ci ilin yanvar-aprel aylarında “AtaSığorta” ASC 3 milyon 313 min manat sığorta haqqı toplayıb.

Bu barədə Finss.az saytına Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 53 min manat və ya 2% azalıb. Beləliklə, şirkət 2024-cü ilin yanvar-aprel aylarında təxminən 3 milyon 379 min manat sığorta haqqı toplayıb.

Sığorta ödənişlərinə gəlincə, cari ilin ilk dörd ayında “AtaSığorta” ASC 1 milyon 604 min manat ödəniş həyata keçirib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 258 min manat və ya 19% artım deməkdir. Beləliklə, 2024-cü ilin yanvar-aprelində sığorta ödənişləri təxminən 1 milyon 348 min manat təşkil edib.

Fuad Mədətov
Finss.az