MÜSAHİBƏ

30 May

Expressbank ilk 3-lüyə daxil oldu!

Finss.az - Ölkənin bank sektoru nümayəndələri arasında təşkil olunan şahmat çempionatında Expressbank komandası 3-cü yerdə qərarlaşıb.

Sözügedən çempionat Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə 21-23 may tarixlərində keçirilib. Çempionat bank sektoru əməkdaşları arasında sağlam rəqabət mühitinin formalaşdırılması, intellektual inkişafın təşviqi və peşəkar əlaqələrin gücləndirilməsi məqsədilə təşkil olunub.

Yarış müddətində iştirakçılar həm komanda, həm də fərdi qaydada güclərini sınayıblar. Expressbankın əməkdaşı Teymur Quliyev fərdi yarışlarda ilk səkkizliyə daxil olaraq fərqlənmə sertifikatı ilə təltif olunub.

Qeyd edək ki, Expressbank ABA tərəfindən təşkil olunan bu tip aktivliklərdə hər zaman fəal iştirak edir.

Zemfira Ms
Finss.az