MÜSAHİBƏ

30 May

Yelo Bank-ın dəstəyi ilə uşaq yaradıcılığını tanıdan tədbir keçirilib

Finss.az - Yelo Bank, Azərbaycanın ən böyük sosial yönümlü uşaq moda layihələrindən biri olan “Azerbaijan Kids Festival”-a dəstək olub. “Nine Senses” mərkəzində keçirilən tədbirdə 4-15 yaş arası 20 uşaq moda nümayişində iştirak edib, öz bacarıqlarını geniş auditoriya və tanınmış münsiflər heyəti qarşısında təqdim ediblər.

Festivalda həmçinin 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbindən olan eşitmə məhdudiyyətli uşaqlar da iştirak ediblər. Onlar “Sən Möcüzəsən” adlı ifa altında milli ornamentli geyimlərində səhnəyə çıxıblar. Onların çıxışı bir daha uşaqların cəmiyyətə inteqrasiyası və bərabər imkanların təmin olunmasının vacibliyini vurğulayır.

Layihənin əsas məqsədi uşaqlarının yaradıcı ruhunu dəstəkləmək və istedadlarını geniş kütləyə  tanıtmaqdır. Festivalda fərqlənən iştirakçılar və qaliblər ölkəmizi beynəlxalq layihələrdə təmsil etmək hüququ qazanacaqlar.

Yelo Bank, biznesdə və cəmiyyətdə inklüzivliyi təşviq edən belə təşəbbüsləri dəstəkləməyə davam edəcək.

Kredit veren banklar axtarırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

Zemfira Ms
Finss.az