2025-ci ilin yanvar-aprel aylarında Azərbaycandakı bankların cəmi aktivləri 54,607.1 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11% çoxdur.
Finss.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, həmin dövrdə bank sektorunun cəmi öhdəlikləri 47,625.5 milyon manat, balans kapitalı isə 6,981.6 milyon manat olub. Bu göstəricilər müvafiq olaraq 11% və 10,4% artım göstərir.
Hesabat ayı ərzində bankların kredit portfeli 0,8% və ya 219.4 milyon manat artaraq 28,096.5 milyon manata çatıb. Kredit portfelinin 53,2%-i (14,952.7 milyon manat) biznes kreditlərinin, 31,1%-i (8,747.6 milyon manat) istehlak kreditlərinin, 15,7%-i (4,396.2 milyon manat) isə ipoteka kreditlərinin payına düşür.
Cəmi kredit portfelində, o cümlədən bankların digər kredit təşkilatlarına verilən kreditlər və kredit ittifaqları daxil olmaqla, vaxtı keçmiş kreditlərin payı isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz bəndi azalarq 1,7% təşkil edib.
Fuad Mədətov
Finss.az