Cari ilin birinci rübündə Azərbaycanda bütün maliyyə mənbələrindən əsas kapitala 3,5 milyard manat həcmində investisiya yönləndirilib.
Bu barədə Finss.az AMB-yə istinadən xəbər verir ki, həmin dövrdə neft-qaz sektoruna 1,03 milyard manat, qeyri-neft-qaz sektoruna isə 2,4 milyard manat investisiya qoyulub. Müəssisə və təşkilatların öz vəsaitləri hesabına investisiyaların dəyəri 7,9 faiz artaraq 2,1 milyard manat təşkil edib. Ümumi sərmayənin 52,3 faizi məhsul istehsalı sahələrinə, 28 faizi xidmət sahələrinə, 19,7 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub.
İnvestisiyaların 43,1 faizi dövlət sektorunun, 56,9 faizi isə qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Sərmayə qoyuluşunun 77,7 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. İnvestisiya qoyuluşunun tərkibində əsas pay sənaye sahəsinə (45,2 faiz) və tikinti sahəsinə (26 faiz) məxsusdur.
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri ümumi sərmayənin 72,6 faizini təşkil edib. Xarici mənbələrdən yönəldilmiş investisiyaların dəyəri isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,4 faiz artım göstərib.
Fuad Mədətov
Finss.az