2025-ci ilin birinci rübündə “Bloomberg” ticarət platformasında banklar arasında 22,6 milyard manatlıq 1 162 təminatsız əqd həyata keçirilib.
Finss.az-ın Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, bu əqdlərin 94%-i 1-3 günlük müddətə bağlanıb.
Hesabat dövründə banklararası repo bazarında isə 2,4 milyard manatlıq 133 əqd baş tutub. Bu əməliyyatların 11%-i 1-3 günlük, 87%-i isə 6-8 günlük olub.
Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə təminatsız pul bazarında bağlanılan əqdlərin həcmi 1,7 dəfə, repo bazarındakı əməliyyatların həcmi isə 2,1 dəfə artıb.
Fuad Mədətov
Finss.az