MÜSAHİBƏ

20 May

Moskva Birjasında səhmlər enir

Finss.az - 20 may səhər saatlarında Moskva Birjasında səhmlər mülayim eniş nümayiş etdirib.

MosBirja indeksi 0,61% azalaraq 2865,02 bəndə düşüb. Səhmlərdəki azalma Rusiya və ABŞ prezidentləri arasında Ukrayna münaqişəsinin həlli ilə bağlı keçirilən telefon danışığından sonra yaranan qeyri-müəyyənliklə əlaqələndirilir.

Prezident Vladimir Putin bildirib ki, Rusiya Ukrayna ilə mümkün atəşkəsi və sülh sazişini əhatə edən memorandum üzərində işləməyə hazırdır. ABŞ Prezidenti Donald Tramp isə iki ölkənin danışıqlara başlayacağını və sanksiyaların sərtləşdirilməsinin hələlik gündəmdə olmadığını deyib.

Digər tərəfdən, Asiya fond bazarlarında artım müşahidə olunur, dünya neft qiymətləri isə sabit qalıb. ABŞ-da Moody’s agentliyi ölkənin kredit reytinqini aşağı salıb, bu isə bazarlarda əlavə ehtiyatlılıq yaradıb.