MÜSAHİBƏ

16 May

Mərkəzi Bank “Xalq” Bankına investisiya xidmətləri üzrə lisenziya verib

Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ASC “Xalq” Bankına investisiya xidmətləri (əməliyyatları) həyata keçirmək hüququ verən lisenziya təqdim edilib.

Finss.az AMB-yə istinadən xəbər verir ki, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun 74-3.4-cü maddəsinə əsasən, Mərkəzi Bank tərəfindən 07 may 2025-ci il tarixində İXB-01 nömrəli müddətsiz lisenziya Açıq Səhmdar Cəmiyyəti "Xalq" Bankına təqdim olunub.

Qeyd edək ki, investisiya xidmətlərinə qiymətli kağızların alqı-satqısı, müştəri sifarişlərinin icrası, aktivlərin idarə olunması və digər maliyyə əməliyyatları daxildir. Bu addım həm də ölkənin kapital bazarlarının inkişafına dəstək məqsədi daşıyır.

Fuad Mədətov
Finss.az