2024-cü ilin aprelindən 2025-ci ilin aprel ayına qədər Bakı şəhərinin təkrar mənzil bazarında satış üçün ümumi təklif həcmi əhəmiyyətli dərəcədə artıb.
Bu barədə Finss.az-a Azərbaycan Qiymətləndiricilər Palatasından məlumat verilib.
Məlumata görə, 2025-ci ilin əvvəllərində bazarda təklif edilən mənzillərin sayı illik müqayisədə təxminən 17% yüksəlib. Bu artım nəticəsində dekabr ayına doğru şəhər üzrə satışa çıxarılan mənzillərin ümumi sayı 7000-i ötüb.
Təklif portfelində həm yeni tikililərdəki mənzillər, həm də köhnə tikililər yer alır.
Bununla belə, struktur cəhətdən bəzi dəyişikliklər müşahidə edilib – məsələn, köhnə binalardakı mənzillərin payının bir qədər yüksəldiyi müşahidə olunur ki, bu da 1970-ci ildən əvvəl tikilmiş mənzillərə ipoteka məhdudiyyətlərinin tətbiqi səbəbindən alıcı marağının azalması ilə izah olunur. Yeni tikililər üzrə təklif həcmi isə bazara davamlı olaraq yeni layihələr çıxarıldığı üçün yüksək olaraq qalır.
Fuad Mədətov
Finss.az