MÜSAHİBƏ

06 May

İnvestisiya şirkətlərinin cəmi əməliyyatların dövriyyələrinin həcmi üzrə RENKİNQİ - YANVAR-APREL/2025

Bakı Fond Birjası (BFB) 2025-ci ilin yanvar-aprel ayları üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin ümumi əməliyyat dövriyyələrinə dair statistik məlumatları açıqlayıb.

Finss.az xəbər verir ki, sözügedən dövrdə bazarda ən yüksək əməliyyat həcmi ilə fərqlənən şirkət “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC olub. Şirkətin cəmi əməliyyat dövriyyəsi 18 milyard 655 milyon 451 min 796 manat təşkil edib.

İkinci yerdə “ABB İnvest İnvestisiya Şirkəti” QSC qərarlaşıb. Onun əməliyyat həcmi 15 milyard 440 milyon 191 min 223 manat olub. İlk üçlüyü isə “Assist Finance İnvestisiya Şirkəti” ASC tamamlayıb – bu şirkətin əməliyyat dövriyyəsi 2 milyard 441 milyon 945 min 153 manat təşkil edib.

Ən aşağı nəticə isə “MFX Trading İnvestisiya Şirkəti” tərəfindən qeydə alınıb. Şirkətin yanvar-aprel dövründəki əməliyyat həcmi 22 milyon 552 min 421 manat olub.

Finss.az BFB-yə istinadən investisiya şirkətlərinin cəmi əməliyyatlarının dövriyyələrinin həcminə  görə renkinqi təqdim edir:

Fuad Mədətov
Finss.az