MÜSAHİBƏ

30 Aprel

Azərbaycanda bankların depozitlər üzrə faiz xərcləri 56%-dən çox artıb

2025-ci ilin ilk rübündə Azərbaycanda fəaliyyət göstərən banklar əmanətçilərə 298,9 milyon manat həcmində faiz ödənişi həyata keçiriblər. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 56,2% və ya 107,5 milyon manat artım deməkdir. Belə ki, 2024-cü ilin yanvar-mart aylarında bu rəqəm 191,4 milyon manat təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, artım əsasən depozit portfelindəki genişlənmə və orta faiz dərəcələrinin yüksəlməsi ilə əlaqələndirilir.

2025-ci il aprelin 1-nə ölkə banklarında hüquqi və fiziki şəxslərin ümumi depozitləri 37 milyard 293,1 milyon manata çatıb. Bu da illik müqayisədə 7,1%-lik artım deməkdir.

Məlumat üçün bildirək ki, hesabat dövründə banklar tərəfindən ümumilikdə 1 milyard 134,9 milyon manat faiz gəliri əldə olunub. Bu, faiz dərəcələrinin yüksəlməsi fonunda həm depozitlər, həm də verilmiş kreditlər üzrə gəlirlərin artdığını göstərir.

Fuad Mədətov
Finss.az