Finss.az - Bu ilin yanvar-mart aylarında Milli Ödəniş Sistemləri (AZİPS, XÖHKS, AÖS) vasitəsilə aparılan tranzaksiyaların ümumi həcmi 163,27 milyard manatı, sayı isə 43,1 milyonu ötüb.
Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, ötən ilin eyni dövrünə nisbətdə aparılan əməliyyatların həcmi 21,1 faiz azalıb, sayı isə 12,9 faiz artıb.
Cari ilin ilk rübündə AZİPS vasitəsilə 446,9 min əməliyyat üzrə 150,867 milyard manat, XÖHKS vasitəsilə 42,49 milyon əməliyyat üzrə 12,13 milyard manat, AÖS ilə isə 218,6 min əməliyyat üzrə 277,7 milyon manat həcmində ödəniş həyata keçirilib.