MÜSAHİBƏ

29 Aprel

Sığorta ödənişlərinin həcmi üzrə şirkətlərin RENKİNQİ – YANVAR-MART/2025

Azərbaycan Mərkəzi Bankı 2025-ci ilin yanvar-mart aylarını əhatə edən ölkədə fəaliyyət göstərən maliyyə qurumlarının statistik göstəriciləri arasında yerli sığorta şirkətlərin sığorta ödənişlərini açıqlayıb.

Finss.az xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin sığorta ödənişləri üzrə renkinq siyahısında “Paşa Həyat Sığorta” ASC 98 milyon 110 min manatla ən yüksək nəticə göstərən şirkət olub.

İkinci ən yüksək nəticə “Paşa Sığorta” ASC-də (27 milyon 676 min manat), üçüncü ən yüksək nəticə isə “Atəşgah” Sığorta Şirkəti ASC-də (8 milyon 398 min manat) qeydə alınıb.

Siyahıda sonuncu yerdə “İpək Yolu Sığorta”ASC (11 min manat) qərarlaşıb.

Hesabat dövründə yerli sığorta şirkətlərinin ödənişlərinin cəmi 164 milyon 29 min təşkil edib.

Finss.az sığorta şirkətlərinin sığorta ödənişləri üzrə renkinqini təqdim edir:

Fuad Mədətov
Finss.az