Azər Türk Bank ASC 2025-ci ilin yanvar-mart aylarında kredit portfelinin ümumi həcmini artırıb.
Finss.az bankın maliyyə hesabatına əsasən xəbər verir ki, bankın kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 0,82% artaraq 806 min 441 manata yüksəlib. 2024-cü ilin ilk rübündə bu göstərici 799 min 893 manat təşkil edib.
Biznes kredit portfeli üzrə də əhəmiyyətli artım qeydə alınıb. 2025-ci ilin ilk üç ayında bu göstərici 20,53% artaraq 304 min 712 manata çatıb. 2024-cü ilin yanvar-mart dövründə isə biznes kreditləri 252 min 820 manat idi.
İstehlak kredit portfelində isə 26,20% artım müşahidə olunub. 2025-ci ilin 1-ci rübündə istehlak kreditlərinin həcmi 301 min 216 manat təşkil edib, halbuki 2024-cü ilin analoji dövründə bu rəqəm 238 min 675 manat idi.
İpoteka kreditləri sahəsində də 9,62% artım baş verib. 2025-ci ilin yanvar-mart dövründə ipoteka kreditlərinin həcmi 200 min 513 manata çatıb, 2024-cü ildə isə bu göstərici 182 min 914 manat olub.
Fuad Mədətov
Finss.az