Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (NEZ) emal dərinliyinin artması, SOCAR-ın Gürcüstanda yerləşən Kulevi terminalında Azərbaycandan dizel aşırılmasına təsir göstərib.
Finss.az xəbər verir ki, bu barədə "GLENMAR Group" tərəfindən təşkil olunan "Xəzər və Mərkəzi Asiya neft treydingi və logistikası Forumu"nda Kulevi terminalının baş direktoru İlqar Əlizadə məlumat verib.
İ.Əlizadə bildirib ki, NEZ-də həyata keçirilən modernləşmə nəticəsində əvvəllər xaricə ixrac olunan nisbətən aşağı keyfiyyətli dizel artıq daha dərin emal prosesindən keçir. Modernləşmə ilə əlaqədar NEZ-də istehsal olunan "Avro-5" dizel artıq Azərbaycanın daxili bazarına və Gürcüstana yönəldilir.
Bununla yanaşı, terminal rəhbəri qeyd edib ki, bu gün Azərbaycandan dizel ixracı əvvəlki illərlə müqayisədə bir qədər azalıb. "1.5-2 il əvvəlkindən ixrac 1.5 dəfə aşağıdır," - deyə o vurğulayıb.
Fuad Mədətov
Finss.az