MÜSAHİBƏ

24 Aprel

"Azərbaycan Sənaye Bankı"nın depozit və aktivlərdəki artım zəifdir

Azərbaycan Sənaye Bankı ASC-nin 2025-ci ilin I rübü üzrə maliyyə nəticələri müsbət göstəricilər nümayiş etdirsə də, bankın performansında ciddi zəifliklər mövcuddur.

Finss.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bankın xalis mənfəəti 108,28% artaraq 1 739 940 manata yüksəlib. Lakin bu artım, bankın ümumi maliyyə vəziyyətini yaxşılaşdırmağa yetərli olmayıb. 2024-cü ilin eyni dövründə bu göstərici 835 400 manat idi və artan mənfəət, bankın digər sahələrindəki geriləməni kompensasiya edə bilməyib.

Depozit portfeli isə yalnız 4,64% artaraq 483 307 manata çatmışdır. Bu artım, bazar şərtlərinə uyğun olaraq daha böyük bir yüksəlişə ehtiyac duyurdu, lakin banka daxil olan depozitlərin artışı müvəqqəti və azdır. 2024-cü ilin yanvar-mart dövründə depozit portfeli 461 883 manat təşkil edirdi və bu artımın bankın maliyyə dayanıqlılığını gücləndirmək üçün kifayət etmədiyi açıqdır.

Bankın aktivləri də yalnız 7,69% artaraq 795 898 manata yüksəlmişdir. 2024-cü ilin eyni dövründə bu göstərici 739 035 manat idi. Bu artımın nisbətən aşağı olması, bankın maliyyə gücünün artırılması sahəsində daha effektiv strategiyaların tətbiq olunmasına ehtiyac duyulduğunu göstərir.

Fuad Mədətov
Finss.az