2024-cü ildə Azərbaycanın Ukrayna iqtisadiyyatına birbaşa xarici investisiyaları 6 milyon ABŞ dolları təşkil edib.
Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Məlumata görə, bu göstərici 2023-cü il ilə müqayisədə 17,6 milyon ABŞ dolları və ya 3,9 dəfə azdır. Həmçinin, Ukraynaya yatırılan Azərbaycan investisiyalarının ümumi birbaşa xarici investisiyaların payı 0,3% olub.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycanın Ukraynaya yatırdığı investisiyalar 23,6 milyon ABŞ dolları təşkil edirdi.
2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7,046 milyard ABŞ dolları həcmində olub. Bu, 2023-cü illə müqayisədə 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir.
Eyni zamanda, Azərbaycandan xarici ölkələrə yönəldilən birbaşa xarici investisiyalar 1,762 milyard ABŞ dolları olub. Bu, 2023-cü ildən 1,354 milyard ABŞ dolları və ya 43,3% azalma göstərir.
Fuad Mədətov
Finss.az