2024-cü ildə Meksikadan Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyaların həcmi 5,2 milyon ABŞ dolları təşkil edib.
Finss.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankı (AMB) yayıb.
Məlumata görə, bu investisiya Meksika ilə Azərbaycan arasında investisiya əməkdaşlığında ilk rəsmi göstərici kimi tarixə düşüb. Belə ki, əvvəlki illərdə Meksikadan Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiya qeydə alınmayıb.
Hesabat ilində birbaşa xarici investisiyaların ümumi həcmində Meksikanın payı 0,1% olub.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına cəlb olunmuş ümumi birbaşa xarici investisiyaların həcmi 7 milyard ABŞ dollarını ötüb. Bu, ötən illə müqayisədə 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir.
Digər tərəfdən, Azərbaycan tərəfindən xarici ölkələrin iqtisadiyyatına yönəldilən birbaşa xarici investisiyalar isə 1,8 milyard ABŞ dolları olub. Bu isə 2023-cü illə müqayisədə 1,4 milyard ABŞ dolları və ya 43,3% azalma ilə müşahidə olunub.
Fuad Mədətov
Finss.az