MÜSAHİBƏ

17 Aprel

Azərbaycandan Litvaya pul köçürmələri azalıb, əks istiqamətdə artıb

2024-cü ildə Azərbaycandan Litvaya fiziki şəxslər tərəfindən həyata keçirilən pul köçürmələrinin həcmi 3,2 milyon ABŞ dolları təşkil edib.

Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2023-cü illə müqayisədə 1,8 milyon dollar və ya 36,5% azalma deməkdir. Hesabat ilində Litvaya edilən köçürmələrin ümumi köçürmələrdə payı 0,6% olub.

Əks istiqamətdə – Litvadan Azərbaycana ötən il fiziki şəxslər tərəfindən 5,4 milyon ABŞ dolları köçürülüb. Bu isə 2023-cü illə müqayisədə 93 min dollar və ya 1,7% artım deməkdir. Litvadan daxil olan köçürmələrin ümumi daxilolmalardakı payı 0,5% təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycandan Litvaya köçürmələr 5 milyon dollar, əks istiqamətdə isə 5,3 milyon dollar olub.

Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslər tərəfindən göndərilən pul köçürmələrinin ümumi həcmi 526,8 milyon dollar təşkil edib. Bu isə 2023-cü illə müqayisədə 23,4 milyon dollar və ya 4,2% azdır.

Eyni zamanda, 2024-cü ildə xarici ölkələrdən Azərbaycana daxil olan pul köçürmələrinin həcmi 1,08 milyard dollar təşkil edib. Bu göstərici 2023-cü ilə nisbətən 571,9 milyon dollar və ya 34,6% azalma ilə yadda qalıb.

Fuad Mədətov
Finss.az