MÜSAHİBƏ

17 Aprel

OPEC+ yeni hasilat qrafikinə keçdi

Finss.az - OPEC+ ölkələri hasilatın azaldılması ilə bağlı yeni kompensasiya qrafikinə keçib.

Yeni plana əsasən, əvvəlki razılaşmalarla müqayisədə may ayı üçün gündəlik hasilat azaldılması 70 min barel artırılıb və 378 min barel/gün səviyyəsində müəyyən edilib. Bu barədə təşkilatın yaydığı məlumatda bildirilir.

Əvvəlki plana görə, may ayında OPEC+ ölkələri 309 min barel/gün həcmində hasilat azaldılmasını kompensasiya etməli idilər. İndi isə bu rəqəm 378 min barel/gün təşkil edir. Artım əsasən Qazaxıstan (60 min barel/gün) və Rusiya (10 min barel/gün) hesabına baş verib.

Aprel ayı üzrə plan isə əksinə, 27 min barel/gün azaldılaraq 222 min barel/gün olaraq yenilənib. Bu azalmadan ən çox Rusiya təsirlənib – bu ölkənin aprel üçün kompensasiya həcmi 45 min barel/gün azaldılaraq cəmi 6 min barel/gün olub.

Yeni razılaşmaya görə, hasilat öhdəliklərini tam yerinə yetirməmiş 7 ölkə 2025-ci ilin aprelindən 2026-cı ilin iyun ayına qədər gündəlik ümumilikdə 4,572 milyon barel hasilatı azaltmalı olacaq.

Ən böyük kompensasiya öhdəliyi olan ölkələr aşağıdakılardır:

  • İraq – 1,934 milyon barel/gün

  • Qazaxıstan – 1,299 milyon barel/gün

  • BƏƏ – 386 min barel/gün

  • Rusiya – 691 min barel/gün

  • Küveyt – 150 min barel/gün

  • Oman – 97 min barel/gün

  • Səudiyyə Ərəbistanı – 15 min barel/gün

Qrafikə əsasən, İraq, Qazaxıstan və BƏƏ kompensasiya tədbirlərini 2026-cı ilin iyununa qədər davam etdirəcək. Digər ölkələr üçün müddətlər isə daha qısadır:

  • Səudiyyə Ərəbistanı – aprel ayının sonuna qədər

  • Rusiya və Küveyt – oktyabr ayına qədər

  • Oman – noyabr ayına qədər

Yeni razılaşmaların neft bazarına təsiri yaxın aylarda daha aydın şəkildə hiss olunacaq.