MÜSAHİBƏ

17 Aprel

Qızıl yeni rekorda imza atdı

Finss.az - Qızılın qiyməti 3320 ABŞ dollarına çataraq yeni rekord müəyyən edib.

Bloomberg xəbər verir ki, qiymət artımı ABŞ prezidenti Donald Trampın kritik əhəmiyyətli minerallara rüsumların tətbiq olunmasının vacibliyi ilə bağlı son açıqlamalarından sonra baş verib.

Son bir gündə qızılın dəyəri 2% artıb. Bu il ərzində isə qiymətli metal ümumilikdə 20% bahalaşıb. Analitiklər qeyd edirlər ki, qızılın artımı investorların qızınla təmin edilmiş birja fondlarına marağının artması və mərkəzi bankların bu metala tələbatının yüksəlməsi ilə bağlıdır.

Dünyanın aparıcı maliyyə qurumlarından biri olan Goldman Sachs, 2026-cı ilin ortalarınadək qızılın qiymətinin bir unsiya üçün 4000 dollara qədər yüksələcəyini proqnozlaşdırır.

"Əsas dövlətlər arasında güc uğrunda mübarizə davam edir. Qızıl isə bu proseslər fonunda təhlükəsiz sığınacaq kimi dəyər qazanır və bu tendensiyanın yaxın və orta müddətdə davam etməsi gözlənilir", – deyə Şanxayda yerləşən Galaxy Futures şirkətinin analitiki Luçen Vanq bildirib.