MÜSAHİBƏ

16 Aprel

Azərbaycanda minik avtomobili istehsalı artıb

2025-ci ilin yanvar-mart aylarında Azərbaycanda 1 302 ədəd minik avtomobili, 28 ədəd isə yük avtomobili istehsal olunub.

Bu barədə Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Rəqəmlərə əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə minik avtomobillərinin istehsalında 2,1 dəfə artım qeydə alınıb. Eyni zamanda, yük avtomobillərinin istehsalı 86% azalıb.

Cari ilin 1 aprel tarixinə olan məlumata görə, hazır məhsul ehtiyatı 134 ədəd minik, 15 ədəd isə yük avtomobili təşkil edib.

Hesabat dövründə ölkədə 124 ədəd traktor istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,3% azalma deməkdir.

Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycanda 5 998 ədəd minik avtomobili və 697 ədəd yük avtomobili istehsal olunub.

Fuad Mədətov
Finss.az