2024-cü ildə əhalinin nominal gəlirləri və əmək haqqılarında artım davam edib.
Finss.az Azərbaycan Mərkəzi Bankının (AMB) 2024-cü il üzrə Maliyyə Sabitliyi Hesabatına əsasən xəbər verir ki, 2024-cü ilin sonuna iqtisadi fəal əhalinin sayı 5312.1 min nəfər olub. Bu şəxslərdən 5029.8 min nəfəri məşğul əhali təşkil edir.
Muzdla çalışan işçilərin sayı isə 1778.5 min nəfər olub. Onlardan 49.6%-i (883 min nəfər) dövlət sektorunda, 50.4%-i (896 min nəfər) isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir. İqtisadiyyatın neft-qaz sektorunda 31.8 min nəfər, qeyri-neft-qaz sektorunda isə 1746.7 min nəfər çalışır.
Muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilə nisbətən 8.1% artaraq 1009.2 manat təşkil edib. Əhalinin gəlirləri isə nominal ifadədə 6.4% artaraq 83.1 mlrd. manata çatıb.
Fuad Mədətov
Finss.az