2025-ci ilin ilk rübündə Azərbaycanın sənaye sektorunda istehsal tempi zəifləyib.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu dövrdə sənaye müəssisələri və fərdi sahibkarlar tərəfindən ümumilikdə 15,8 milyard manatlıq məhsul istehsal olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,7% azalma deməkdir.
İstehsaldakı geriləməyə həm neft-qaz sektoru, həm də qeyri-neft sənayesi təsir edib. Belə ki:
-
Neft-qaz sektorunda məhsul istehsalı 3,6%,
-
Qeyri-neft sektorunda isə 3,5% azalıb.
Sənaye məhsullarının sahələr üzrə bölgüsü isə belədir:
- 62,4% – mədənçıxarma sənayesinə,
- 30,3% – emal sənayesinə,
- 6,4% – elektrik enerjisi, qaz və buxar istehsalı və təchizatı sahəsinə,
- 0,9% – su təchizatı, tullantıların təmizlənməsi və emalına aiddir.
Əsas gəlir gətirən mədənçıxarma sahəsində əmtəəlik neft hasilatı 5,5% azalsa da, əmtəəlik qaz hasilatında 1,1% artım qeydə alınıb.
Fuad Mədətov
Finss.az