Finss.az - Bakı Slavyan Universiteti (BSU) birinci və ikinci tədris binalarının, eləcə də yataqxanasının cari təmir işlərinin həyata keçirilməsi üçün açıq tender elan edib.
Bu barədə məlumat dövlət satınalmalarının rəsmi internet portalında — etender.gov.az saytında dərc olunub.
Tenderin ehtimal olunan ümumi dəyəri 1.842.327,00 AZN təşkil edir. Satınalma 72154000 təsnifat kodu üzrə – “Xüsusi tikinti və ticarət işləri” kateqoriyasına aiddir.
Tenderlə bağlı əsas tarixlər:
-
Müsabiqənin elan tarixi: 12 aprel 2025-ci il, saat 14:29
-
Təkliflərin son təqdim olunma tarixi: 8 may 2025-ci il, saat 22:00
-
Zərflərin açılışı: 8 may 2025-ci il, saat 22:00
Tenderdə iştirak etmək istəyən təchizatçılar üçün iştirak haqqı 600 AZN, sənədlərlə tanışlıq üçün istifadə haqqı isə 25 AZN olaraq müəyyən edilib. Hər iki məbləğ ödənildikdən sonra geri qaytarılmır.
Müsabiqədə iştirak etmək istəyən iddiaçılar Bakı Slavyan Universitetinin rəsmi ünvanına – Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 33 – müraciət edə bilərlər.
Əlavə məlumat almaq üçün əlaqə:
(012) 599 78 00 (daxili 104)
Elçin Hüseynov – Satınalma komissiyasının sədri
E-mail: [email protected]