MÜSAHİBƏ

11 Aprel

Ötən il Azərbaycanın xarici investisiya həcmi 1,76 milyard dollar olub - Ən çox sərmayə qoyulan ölkələrin siyahısı

Ötən il Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi əvvəlki illə müqayisədə 1,4 milyard ABŞ dolları və ya 43,3% azalaraq 1,762 milyard ABŞ dolları təşkil edib.

Bu barədə Finss.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Məlumata əsasən, 2024-cü ildə Azərbaycan ən çox investisiyanı Birləşmiş Ərəb Əmirliklərinə yönəldib. Bu ölkəyə yatırılan sərmayənin həcmi 457 milyon ABŞ dolları təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 4,8 dəfə və ya 362,7 milyon ABŞ dolları çoxdur.

Siyahıda ikinci yeri Türkiyə tutur – bu ölkəyə yatırılan investisiyalar 249 milyon ABŞ dolları olub. Bu isə əvvəlki illə müqayisədə 86,3% və ya 1,6 milyard ABŞ dolları azalma deməkdir.

Azərbaycanın ən çox sərmayə qoyduğu üçüncü ölkə Gürcüstan olub. Bu ölkəyə yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 165 milyon ABŞ dolları təşkil edib ki, bu da 77,8 milyon ABŞ dolları və ya 1,9 dəfə artım deməkdir.

2024-cü ildə Azərbaycan ən çox aşağıdakı ölkələrin iqtisadiyyatına sərmayə qoyub:

 

Dövlətlərin adı Məbləğ Xüsusi
  (min ABŞ dolları) çəkisi (faizlə)
Birləşmiş Ərəb Əmirlikləri 457 531 26,0
Türkiyə 248 957 14,1
Gürcüstan 165 046 9,4
Birləşmiş Krallıq 111 160 6,3
Özbəkistan 93 108 5,3
Amerika Birləşmiş Ştatları 88 527 5,0
İtaliya 72 379 4,1
İsveçrə 66 591 3,8
İspaniya 53 710 3,0
Avstriya 49 276 2,8
İsveç 45 499 2,6
Avstraliya 40 335 2,3
Danimarka 28 376 1,6
Qırğızıstan 27 130 1,5
Yaponiya 25 410 1,4
Almaniya 22 935 1,3
Niderland 21 413 1,2
Fransa 19 224 1,1
Rusiya Federasiyası 18 559 1,1
Koreya Respublikası 17 906 1,0
Honkonq 14 501 0,8
İrlandiya 12 366 0,7
Qazaxıstan 9 634 0,5
Sinqapur 7 193 0,4
Norveç 6 967 0,4
Ukrayna 6 021 0,3
Finlandiya 3 860 0,2
Çin 2 769 0,2
Belçika 2 039 0,1
Digər dövlətlər 24 269 1,5

Fuad Mədətov
Finss.az