"Bank Avrasiya" ASC, biznes layihələrinin maliyyələşdirilməsi üçün cəlbedici şərtlərlə makro biznes kreditləri təklif edir.
Finss.az xəbər verir ki, bu kreditlər vasitəsilə müştərilər 100 000 AZN-dən 250 000 AZN-ə qədər maliyyə resursları əldə edə bilərlər.
Kreditin illik faiz dərəcəsi AZN valyutası ilə 12%-dən 16%-ə qədər, USD ilə isə 5%-dən 7%-ə qədər dəyişir.
Kreditin müddəti 60 aya qədər təklif edilir.
Kreditin verilməsi və nağdlaşdırılma üçün komissiya 0,5% təşkil edir.
Kreditin rəsmiləşdirilməsi üçün tələb olunan ilkin sənədlər arasında şəxsiyyət vəsiqəsi, VÖEN, əmlaka dair çıxarış və biznes təhlili (memorandum) yer alır.
Ətrfalı məlumat üçün linkə daxil olun.
Fuad Mədətov
Finss.az