MÜSAHİBƏ

08 Aprel

Sahibkarlar üçün hansı kredit növü daha çevik və əlverişlidir?

“AccessBank” QSC, mikro sahibkarlar üçün sərfəli və çevik kredit imkanları təqdim edir. Bankın “Sürətli mikro biznes krediti” məhsulu, biznes fəaliyyəti ilə məşğul olan şəxslərə qısa zamanda maliyyə dəstəyi almaq fürsəti yaradır.

Finss.az xəbər verir ki, kreditin əldə olunması prosesi olduqca sadə və sürətlidir – cəmi bir telefon zəngi ilə, cəmi 1 saat ərzində kredit rəsmiləşdirilə bilər.

Əsas şərtlər:

  • Kredit məbləği: 10 000 AZN-dək
  • İllik faiz dərəcəsi: 24%-dən başlayaraq
  • Kredit müddəti: Maksimum 36 ay
  • Təyinat: Biznes fəaliyyəti olan şəxslər üçün

Bu məhsul, xüsusilə təcili maliyyə ehtiyaclarını qarşılamaq istəyən kiçik sahibkarlar üçün ideal seçimdir. Rəsmi sənədləşmə minimaldır, zaman itkisi yoxdur və nəticə olaraq sahibkar öz işini dayandırmadan sürətli şəkildə maliyyə dəstəyi əldə edir.

“AccessBank” bu kredit məhsulu ilə, ölkədə mikro və kiçik biznesin inkişafına mühüm töhfə verir və sahibkarlara öz fəaliyyətlərini genişləndirmək üçün çevik imkanlar yaradır.

Ətrfalı məlumat üçün linkə daxil olun.

Fuad Mədətov
Finss.az