MÜSAHİBƏ

13 Aprel

“PAŞA Bank” ABA-nın yubileyini qeyd edir

Finss.az - “PAŞA Bank”ın Baş icraçı direktoru və İdarə heyətinin sədri Cavid Quliyev: 

"Uzun illərdir ölkəmizdə bank sektorunun inkişafı, maliyyə sisteminin möhkəmləndirilməsi və biznes mühitinin təkmilləşdirilməsi istiqamətində mühüm təşəbbüslərlə çıxış edən Azərbaycan Banklar Assosiasiyası 35 illik yubileyini qeyd edir. Bu münasibətlə Assosiasiyanın rəhbərliyini və bütün əməkdaşlarını şəxsən və PASHA Bank OJSC kollektivi adından səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan Banklar Assosiasiyası ilə qurduğumuz uzunmüddətli sıx əməkdaşlıq PASHA Bank OJSC üçün hər zaman xüsusi önəm kəsb edib və bu tərəfdaşlığı sektor üçün dəyər yaradan mühüm bir amil hesab edirik. Assosiasiya banklararası əlaqələrin gücləndirilməsinə, beynəlxalq təcrübənin ölkəmizə gətirilməsinə, sektorun tənzimlənməsinə və məlumatlılığın artırılmasına böyük töhfələr verir. Həmçinin, sektorda dayanıqlılığın təmin olunmasında və ortaq maraqların müdafiəsində vacib bir platforma kimi çıxış edir.

Ümidvaram ki, Assosiasiyanın gələcək fəaliyyəti də indiyədək olduğu kimi, bankçılıq sahəsinin dayanıqlı inkişafı naminə uğurlu nəticələr verəcək. Bu münasibətlə Assosiasiya rəhbərliyinə və komandasına səmimi təşəkkürlərimi bildirir və gələcəkdə yeni zirvələr arzulayıram."

Zemfira Ms
Finss.az