Dünyanın 18 ölkəsində fəaliyyət göstərən Ziraat Bank şəbəkəsi, Azərbaycanın iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən iri şirkətlərin maliyyə ehtiyaclarını qarşılayaraq müvəffəqiyyətlə bu sahədə xidmət göstərir. Bank, korporativ müştərilərinə xüsusi yanaşma və dəstək verərək maliyyə həlləri təklif edir.
Finss.az xəbər verir ki, Ziraat Bankın korporativ kredit məhsulunun əsas üstünlükləri arasında böyük məbləğlərdə kreditlərin rəsmiləşdirilməsi, kreditin daha uzun müddətə verilməsi, güzəştli ödəniş müddətləri, daha sərfəli faiz dərəcələri və hər bir müştəriyə fərdi yanaşma ilə kredit şərtlərinin müəyyənləşdirilməsi daxildir. Bu şərtlər, şirkətlərin maliyyə ehtiyaclarını daha rahat və əlverişli şəkildə qarşılamalarına imkan verir.
Korporativ kreditlər üçün məbləğ aralığı və illik faiz dərəcələri aşağıdakı kimidir:
- 500 000 AZN-ə qədər kreditlər üçün faiz dərəcəsi 15%-dən başlayır, daha uzun müddət üçün isə 18%-ə qədər yüksələ bilər.
- 500 000 AZN ilə 1 500 000 AZN arasında olan kreditlər üçün faiz dərəcəsi 14%-dən başlayır və 15.5%-ə qədər artır.
- 1 500 000 AZN-dən yuxarı kreditlərdə faiz dərəcəsi 13%-dən başlayır və 14.5%-ə qədər ola bilər.
Kreditin şərtləri şirkətin tələblərinə uyğun olaraq fərdiləşdirilir və müştəriyə ən uyğun variantlar təqdim edilir. Məsələn, 12 ay müddətində alınan kreditlər üçün 13%-dən başlayan faiz dərəcəsi ilə təklif edilən şərtlər, 36 aydan uzun müddətə verilən kreditlər üçün isə faiz dərəcəsi daha sərfəli ola bilər.
Əlavə olaraq, Ziraat Bank, biznes kreditləri üçün nağd vəsaitin təminatını tələb edir. Əmanət təminatı ilə verilən biznes kreditləri isə əlavə olaraq 3% faiz bəndi və 1% xidmət komissiyası ilə təqdim edilir.
Ziraat Bank Azərbaycan, korporativ müştərilərinə yüksək maliyyə dəstəyi verərək, onların böyüməsinə və inkişafına dəstək olur. Bankın təklif etdiyi biznes kreditləri ilə şirkətlər uzunmüddətli və sərfəli maliyyə həllərinə sahib ola bilərlər.
Ətrfalı məlumat üçün linkə daxil olun.
Fuad Mədətov
Finss.az