Biznesinizi genişləndirmək, yeni imkanlar əldə etmək və ya təcili maliyyə dəstəyi almaq istəyirsinizsə, Expressbank ASC-nin biznes krediti məhsulu sizin üçün ideal seçimdir. Bu kredit məhsulu kiçik və orta biznes sahələrində fəaliyyət göstərən sahibkarlara geniş imkanlar təqdim edir.
Finss.az xəbər verir ki, Expressbank-ın biznes krediti məhsulunun üç əsas üstünlüyü vardır: 60 aya qədər olan kredit müddəti, 5 000 000 AZN-ə qədər maksimal kredit məbləği və 12%-dən başlayan illik faiz dərəcəsi. Bu şərtlər sahibkarlara sərfəli və çevik maliyyə dəstəyi təmin edir.
Biznes krediti kiçik və orta biznes sahəsində fəaliyyət göstərən hər hansı hüquqi şəxsə və sahibkarlara verilə bilər. Kreditin minimal məbləği 30 000 AZN, maksimal məbləği isə 5 000 000 AZN-dir. Kreditin valyutası Azərbaycan manatı, ABŞ dolları və ya avro ola bilər. Ən aşağı faiz dərəcəsi 12%-dən başlayır. Bundan əlavə, kreditin güzəşt müddəti 24 ayadək ola bilər.
Tələblərə gəldikdə, hüquqi şəxs statusuna sahib olan və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər bu krediti əldə edə bilərlər. Krediti almaq üçün minimum 6 ay fasiləsiz fəaliyyət göstərmiş olmanız və real pul axınına malik olmanız tələb olunur. Əlavə olaraq, kreditin təminatı olaraq daşınmaz və ya daşınar əmlak, zaminlik kimi təminatlar təqdim edilə bilər.
Ödəniş şərtləri annuitet (bərabər hissələrlə) və ya sərbəst ödəniş qrafiki ilə tənzimlənə bilər. Expressbank-ın biznes krediti həmçinin yüksək likvidli təminat tələbi ilə də verilə bilər.
Expressbank-ın təklif etdiyi biznes krediti məhsulu, sahibkarların maliyyə ehtiyaclarını qarşılayacaq ən yaxşı təkliflərdən biridir.
Ətrfalı məlumat üçün linkə daxil olun.
Fuad Mədətov
Finss.az