MÜSAHİBƏ

07 Aprel

SOCAR İsraildə yeni şirkət təsis edib

Finss.az - Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), İsraildəki “Tamar” yatağında 10% pay aldı və keçən ay yeni bir şirkət təsis etdi.

Yeni şirkət “SOCAR Tamar” Məhdud Məsuliyyətli Cəmiyyəti adı ilə qeydiyyatdan keçib. Şirkətin baş ofisi Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 121-də (SOCAR Towers-də) yerləşir və 10 000 manat nizamnamə kapitalı ilə fəaliyyət göstərir.

Şirkətin qanuni təmsilçisi Ağaməmməd Sultanov Sultan oğlu təyin edilib.

SOCAR, İsraildə yerləşən Aralıq dənizinin “Tamar” yatağında “Union Energy” şirkəti ilə birlikdə 10% pay əldə etmək məqsədilə müqavilə imzalayıb. Bu, SOCAR-ın Aralıq dənizində “upstream” sahəsində investisiya layihələrini həyata keçirməyə başlamasının əhəmiyyətli bir addımıdır.

SOCAR, həmçinin beynəlxalq bazarda strateji aktivlərdə iştirak payının alınması istiqamətində fəaliyyətini davam etdirəcəyini açıqlayıb.

Bu addım, SOCAR-ın beynəlxalq enerji bazarında güclənmək və regional təsirini artırmaq məqsədini güdür.