2025-ci il mart ayının 1-nə olan məlumata görə, Azərbaycanda milli valyutada yeni verilmiş kreditlər üzrə orta illik faiz dərəcəsi 18,07% təşkil edib.
Finss.az xəbər verir ki, bu göstərici Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya əsasən, ötən ayla müqayisədə 0,32 faiz bəndi, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 2 faiz bəndi artım nümayiş etdirib.
Məlumata görə, cari ilin mart ayının 1-nə ölkədə bank sektorunun ümumi kredit portfeli 27 milyard 592,4 milyon manat təşkil edib. Bu portfelin strukturu aşağıdakı kimidir:
- Biznes kreditləri – 14 milyard 777 milyon manat
- İstehlak kreditləri – 8 milyard 544 milyon manat
- İpoteka kreditləri – 4 milyard 271,4 milyon manat
Fuad Mədətov
Finss.az