MÜSAHİBƏ

07 Aprel

ABB-də yeni təyinat olub

Finss.az - 2025-ci ilin aprel ayından etibarən Ceyhun Qarayev Maliyyə ekspertizası departamentinin direktoru vəzifəsinə təyin olunub.

Bu barədə Banker.az məlumat yayıb. Ceyhun Qarayev, ABB-dəki fəaliyyətinə 2018-ci ildə Büdcələmə və təhlil şöbəsinin rəhbəri kimi başlayıb. O, 2021–2025-ci illərdə isə Maliyyə idarəetməsi departamentinin direktor müavini vəzifəsini icra edib.

Yeni təyinatla bağlı qeyd edək ki, Ceyhun Qarayev, eyni zamanda “AzeriKard” MMC-də Müşahidə Şurasının üzvü və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU)-ndə müəllim olaraq fəaliyyət göstərir.

Xatırladaq ki, 2025-ci ilin yanvar ayında ABB-nin təşkilati strukturunda 31 departament mövcud olub və Maliyyə ekspertizası departamenti yeni təsis edilən departamentlərdən biridir.