MÜSAHİBƏ

26 Mart

Böyük Britaniyada neft və qaz hasilatı artıb

Finss.az - Böyük Britaniyada 2024-cü ildə neft və qaz hasilatı sutkada 1,09 milyon barrel neft ekvivalentinə çatıb.

Bu barədə ölkənin neft-qaz sektoruna nəzarət edən North Sea Transition Authority (NSTA) məlumat yayıb.

Tənzimləyici qurumun son hesabatına əsasən, hasilat göstəricisi əvvəlki proqnozlarla müqayisədə 20 min barrel artırılıb. Lakin uzunmüddətli perspektivdə azalma gözlənilir. NSTA-nın hesablamalarına görə, 2030-cu ilə qədər hasilat sutkada 620 min barrel neft ekvivalentinə enə bilər.

Bununla yanaşı, 2024-cü ildə neft və qaz hasilatına yatırılan kapital vəsaitləri əhəmiyyətli dərəcədə artaraq 5,96 milyard funt sterlinqə (7,7 milyard dollar) çatıb. Lakin tənzimləyici qurumun proqnozlarına əsasən, bu göstərici 2025-ci ildə 4,8 milyard funt sterlinqə qədər azalacaq.

Mütəxəssislər Böyük Britaniyada hasilatın azalmasını yeni layihələrin məhdudlaşdırılması və enerji sektorunda keçid siyasəti ilə əlaqələndirirlər.