MÜSAHİBƏ

25 Mart

Ötən il dövlət istiqrazlarının həcmi 47% artıb

2024-cü ildə Maliyyə Nazirliyi tərəfindən 1 illik, 2 illik, 3 illik, 5 illik dövlət istiqrazları emissiya edilmiş, dövlət istiqrazlarının yerləşdirilməsi üzrə 58 hərrac keçirilib və 4,8 milyard manat məbləğində dövlət istiqrazı Bakı Fond Birjasında yerləşdirilib. Tədavüldə olan dövlət istiqrazlarının həcmi 47% artaraq 9,3 milyard manata yüksəlib.

Finss.az bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabata istinadən xəbər verir.

Məlumata görə, bununla yanaşı, ötən il repo əməliyyatlarının ümumi məbləği 60,9 milyard manat olub.

“Repo əməliyyatlarının 56,8%-i korporativ qiymətli kağızları, 40,7%-i dövlət istiqrazları və 2,5%-i Mərkəzi Bankın notları ilə aparılıb. Korporativ qiymətli kağızları ilə repo əməliyyatlarının həcmi 123 dəfə artım, dövlət istiqrazları ilə repo əməliyyatlarının həcmi isə 51% azalma, Mərkəzi Bankın notları ilə repo əməliyyatlarında isə 78% artım müşahidə edilib”, - deyə hesabatda qeyd edilib.