MÜSAHİBƏ

25 Mart

Ərdoğan: İqtisadi uğurlarımızı zədələməyə icazə verməyəcəyik

Finss.az - Türkiyənin yüksək vəzifəli iqtisadi rəsmləri, keçən həftə İstanbul merinin həbs olunmasının ardından Türkiyə bazarlarında yaşanan böyük maliyyə təlatümünü sakitləşdirmək məqsədilə çərşənbə axşamı günü xarici sərmayəçilərlə telekonfrans keçirəcəklər.

Maliyyə naziri Mehmet Şimşək və Mərkəzi Bankın rəhbəri Fatih Karahan, London vaxtı ilə saat 13:00-da Citigroup Inc. və Deutsche Bank tərəfindən təşkil edilən videokonfransda iştirak edəcəklər. Görüşün əsas məqsədi, bazarda yaranan narahatlıqları aradan qaldırmaq və investorların etibarını bərpa etməkdir.

Rəsmi şəxslərin, prezident Rəcəb Tayyib Ərdoğanın investor dostu iqtisadi siyasətinə bağlılıq mesajını verəcəyi gözlənilir.

Keçən həftə İstanbulun meri Əkrəm İmamoğlu'nun saxlanılması və sonra həbs edilməsi, kütləvi etirazlara və Türkiyə aktivlərindən milyardlarla dolların çıxmasına səbəb olmuşdu. Bu hadisə sonrası Türkiyə hökuməti, maliyyə sabitliyini qorumaq məqsədilə bir sıra təcili tədbirlər görmüşdü. Bunlara faiz dərəcələrinin artırılması, valyuta müdaxilələri və qısa satışa qadağa daxil olmuşdu.

Ərdoğan, bazar ertəsi günü televiziyaya etdiyi müraciətdə, iqtisadi proqramı dəstəklədiyini və ölkənin maliyyə sabitliyini qorumaq üçün bütün səlahiyyətli qurumların lazımi addımları atmağa hazır olduğunu vurğulayıb.

SP Global reytinq agentliyi isə, mövcud vəziyyətin, Türkiyədəki iqtisadi islahatların həyata keçirilməsinə mane ola biləcəyinə dair xəbərdarlıq edib.