Fins.az - 2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycan bankları, "Bloomberg" platformasında milli valyutada 94,4 milyard manatlıq 3,365 əqd bağlayıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankı 2025-ci il üçün pul siyasətinin əsas istiqamətləri barədə açıqlamasında məlumat verib.
Bəyanata əsasən, əməliyyatların əksəriyyəti, təxminən 97%-i, 1-3 günlük müddətə bağlanıb. Eyni dövrdə banklararası REPO bazarında 10,3 milyard manatlıq 630 əqd həyata keçirilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə "Bloomberg" platformasında həyata keçirilən əməliyyatların dəyəri 3,4 dəfə artıb. Banklararası REPO bazarında isə əməliyyatların dəyəri 2,3 dəfə yüksəlib.
Bu artım, ölkənin maliyyə bazarlarında aktivliyin və etibarın gücləndiyini göstərir.