MÜSAHİBƏ

24 Mart

Ötən ilsəhiyyə sahəsinə dövlət büdcəsindən 323,4 mln. manat vəsait ayrılıb

2024-cü ildə dövlət büdcəsinin "Səhiyyə" bölməsi üzrə Səhiyyə Nazirliyinin tibb müəssisələrinin saxlanılması üçün 323,4 mln. manat vəsait ayrılıb.

Finss.az xəbər verir ki, bu barədə məlumat Milli Məclisin martın 14-də keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Qeyd edilib ki, bu vəsaitin 76,8 mln. manatı səhiyyə sahəsində mövcud dövlət proqramları və tədbirlərin, o cümlədən 4,5 mln. manatı qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair tədbirlərin, 13,0 mln. manatı qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə xidmətlərin, 21,0 mln. manatı talassemiya ilə mübarizə tədbirlərinin, 6,2 min. manatı İİV/QİÇS-lə mübarizə tədbirlərinin, 24,2 mln. manatı "2023-2027-ci illər üzrə uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair tədbirlər Proqramı"nın, 7,9 mln. manatı isə "2023-2027-ci illər üzrə ixtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsinə və profilaktikasına dair Tədbirlər Proqramı"nın maliyyələşdirilməsi üzrə xərclərə ayrılıb.

“Bundan başqa, sümük iliyinin transplantasiyası xidmətinin təkmilləşdirilməsi məqsədilə xəstələrin müalicə, müayinə və əməliyyatlarının aparılması məqsədilə dövlət büdcəsindən Nazirliyinə 5,0 mln. manat vəsait ayrılıb. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə və Tədris Terapevtik Klinikası ilə icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin göstərilməsi məqsədilə müqavilələr bağlanılıb, 2023-cü ildə Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən tədris bazası kimi fəaliyyət göstərən tibb müəssisələri 2024-cü il 1 yanvar tarixindən 3 il müddətinə ƏDV-dən azad edilib. Nazirliyin tabeliyində fəaliyyət göstərən bir sıra elmi-tədqiqat institutları icbari tibbi sığorta çərçivəsində əhaliyə tibbi xidmət göstərirlər”,- deyə məlumatda qeyd edilib.