MÜSAHİBƏ

24 Mart

Sertifikatlaşdırma nəticələri: 9 min müəllimə 35% maaş artımı

2024-cü ildə təkrar sertifikatlaşdırmada keçid balını toplaya bilməyən, həmçinin imtahanda iştirak etməyən 4 minədək müəllimlə bağlanılmış əmək müqavilələrinə xitam verilib.

Finss.az xəbər verir ki, bu barədə məlumat Milli Məclisin martın 14-də keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Bildirilib ki, 2024-cü ildə test imtahanı mərhələsində keçid balını toplaya bilməyən müəllimlər üçün keçirilən təkrar sertifikatlaşdırma imtahanında 7,3 min müəllim iştirak edib, onlardan 3,4 min nəfər uğur qazanıbr. Təkrar sertifikatlaşdırmada keçid balını toplaya bilməyən, həmçinin imtahanda iştirak etməyən 4 minədək müəllimlə bağlanılmış əmək müqavilələrinə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq xitam verilib.

Eyni zamanda hesabat dövründə 24,1 min nəfər sertifikatlaşmaya cəlb edilib, imtahanların nəticələrinə əsasən 20,2 min nəfər uğur qazanıb. Ümumilikdə, 2024-cü ildə sertifikatlaşdırmadan keçmiş 23,5 min nəfərdən 9 min nəfərin (38%) vəzifə maaşına 35%, 14,5 min nəfərin (62%) vəzifə maaşına isə 10% əlavələr edilib.